İNNOVATİV İDARƏETMƏ VƏ TEXNOLOGİYA

ASAN XİDMƏT

Son illər ərzində ictimai xidmətlər sahəsində inqilabi dönüş baş verdi. “ASAN xidmət” mərkəzlərinin yaradıldı. Son beş il ərzində bu mərkəzlərdə 20 milyona yaxın müraciət qəbul edilmişdir və “ASAN xidmət” mərkəzlərini bəyənmə əmsalı 100 faizə yaxındır. 

 

AZƏRBAYCAN – KOSMİK DÖVLƏT

Azərbaycan kosmik dövlətə çevrilib. Bunu hələ bir neçə il bundan əvvəl təsəvvür etmək belə çətin idi. Hazırda bizim iki peykimiz var - telekommunikasiya və əraziləri müşahidə peykləri. Üçüncü peyk bu il orbitə buraxılacaq. Azərbaycan dünyanın məhdud olan kosmik klubunun üzvüdür. Bu, texnologiyadır, təhsildir, biznesdir və inkişafdır.

 

ELEKTRON MƏHKƏMƏ

2014-cü il fevralın 13-də müasir texnologiyaların məhkəmələrin fəaliyyətində tətbiqi, məhkəməyə müraciət imkanlarının genişlənməsi, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınması, aşkarlıq və operativliyin təmin edilməsi, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılması, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin edilməsi üçün “Elektron məhkəmə” yaradılmışdır