Cocuq Mərcanlı kəndi bərpa olundu

Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılan, lakin ordumuzun şücaəti sayəsində azad edilən Cocuq Mərcanlı kəndi Azərbaycan Respublikasının Prezidentinin tapşırığı ilə qısa müddətdə yenidən quruldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bu gün tarixi bir gündür, Cocuq Mərcanlı kəndinin bərpası günüdür və bu, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində mümkün olmuşdur. Üç rayonun ərazilərinin bir hissəsi işğalçılardan azad edildi, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu gün Cocuq Mərcanlı kəndinə yeni nəfəs verilir, həyat qayıdır, köçkünlər qayıdır”.