Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi

05 may 2017-ci ildə Bakıda  UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə keçirilən “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Heydər Əliyev Mərkəzində rəsmi açılışı olub. Forumda 800-dən çox xarici nümayəndə iştirak edib. Forumda ilk dəfə olaraq 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində təmsil olunub.