"Bakı Ağ şəhər"in təməl daşı qoyuldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Bu şəhərin Bakıda yaradılması rəmzi məna daşıyır. Çünki “Qara şəhər” ərazisində “Ağ şəhər” yaradılır. Ekoloji normalara riayət etmədən neft əməliyyatlarının aparılması nəticəsində bura “Qara şəhər”ə çevrildi. İndi bu ərazini təmizləmək üçün nə qədər böyük səylər göstərilir. Təmizləyəndən sonra bu ərazidə yeni şəhərin salınması müasir Azərbaycanın inkişafını göstərən vacib hadisədir”.