Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru kəmərinin Azərbaycan və Gürcüstan hissələri birləşdirildi

Azərbaycanın Ağstafa rayonunun Böyük Kəsik kəndində - Gürcüstanın Qardabani rayonu ilə sərhəddə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsi mərasimi keçirilmişdir. “Qızıl qaynaq” adlanan bu mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixail Saakaşvili iştirak edirdilər. İnzibati işlərinə 2002-ci ilin sentyabrında başlanmış kəmərin tikintisi üçün yaradılan BTC Ko şirkətinin səhmdarları bp (30 faiz), ARDNŞ (25 faiz), Yunokal (8,90 faiz), Statoyl (8,71 faiz), TPAO (6,53 faiz), Enl (5,00 faiz), Total (5,00 faiz), İtoçu (3,40 faiz), İNPEKS (2,50 faiz), KonokoFillips (2,50 faiz) və Amerada Hess (2,36 faiz) şirkətləridir.